Filippo: NATO müharibəyə doğru sürətlənir

16 İyun 2024 22:43 (UTC+04:00)

...Fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot bildirib ki, Şimali Atlantika Alyansı öz qərarları ilə müharibəyə doğru hərəkəti sürətləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Filippo qeyd edib ki, ittifaqın “gözdən qaçan” çox həyəcan verici bəyanatları səbəbindən son vaxtlar müharibəyə doğru hərəkətin fenomenal sürətlənməsi müşahidə olunur.

...Əhalinin “oyanması” qaçılmaz olacaq, lakin bu, “qəddar və ağrılı” olacaq, - deyə siyasətçi əlavə edib.

Daha əvvəl o, Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təklifinin vaxtında olduğunu bildirib.

Əli Babayev