Qəzzada son 24 saat ərzində 41 nəfər öldürülüb...

16 İyun 2024 21:06 (UTC+04:00)

...Qəzza zolağında İsrail ordusunun endirdiyi zərbələr nəticəsində 41 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə anklavın Səhiyyə Nazirliyi Telegram-da yazıb.

...41 ölü və 102 yaralı xəstəxanalara yerləşdirilib.

Bu idarənin açıqlamasında deyilir.

2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin ümumi sayı 37 337 nəfərə yüksəlib.

HƏMAS daha əvvəl bildirmişdi ki, Fələstin radikal qrupları Qəzzada atəşkəs razılaşması əldə etməyə hazırdırlar.

Əli Babayev