Tanınmış jurnalist insult keçirdi - vəziyyəti ağırdır

16 İyun 2024 16:32 (UTC+04:00)

Tanınmış jurnalist Sərxan Kamal insult keçirib. SİA xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar. O, hazırda Xətai Tibb Mərkəzinə yerləşdirilib, komatoz vəziyyətdədir.

Qeyd edək ki, Sərxan Kamal İTV-də redaktordur. O, daha əvvəl bir çox media qurumlarında çalışıb.