Nigeriya millisi Bakıdakı dünya çempionatında üçüncü yeri tutub

16 İyun 2024 15:48 (UTC+04:00)

Nigeriya millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü olub. SİA xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışda Nigeriya millisi Özbəkistanla qarşılaşıb.

İlk 30 dəqiqəsi 1:1 hesabı ilə bitən matça 8 dəqiqəlik hissə əlavə olunub. Burda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.

Nigeriya burada rəqibini 2:0 hesabı ilə üstələyərək dünya üçüncüsü olub.

Qeyd edək ki, dünya çempionatına iyunun 10-da start verilib.