Zəngilanda Bayram namazı qılınıb - FOTO

16 İyun 2024 11:16 (UTC+04:00)

Bu gün Zəngilan şəhər məscidində ilk dəfə olaraq Qurban bayramının namazı qılınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, ibadətdə Ağalı kəndinin sakinləri və bir sıra din xadimləri iştirak ediblər. Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.