Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

16 İyun 2024 08:37 (UTC+04:00)

Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonun soyğunçuluq yolu talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.