İsrail Hizbullah hədəflərinə hücum etdi

16 İyun 2024 04:46 (UTC+04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) İsrailin Livanın cənubundakı Hizbullah hədəflərinə hücum etdiyini bildirib. SİA xəbər verir ki, bu barədə IDF "Telegram" kanalında məlumat verilib. Silah anbarları və hərbi obyektlərin vurulduğu bildirilir. Hədəflər Çixine və Aytaruna, eləcə də Ayta əl-Şab ərazilərində olub.