Avropa çempionatları tarixində ən erkən qol vurulub

16 İyun 2024 00:43 (UTC+04:00)

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.

SİA xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununda matçın 23-cü saniyəsində fərqlənib.

Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, “Avro 2004”də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.