Qəzzanın cənubunda səkkiz İsrail əsgəri həlak olub

15 İyun 2024 20:15 (UTC+04:00)

Qəzza zolağının cənubunda 8 İsrail əsgəri həlak olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

...Məlumata görə, Qəzza zolağının cənubunda Rafahdan zirehli texnika karvanının tərkibində hərəkət edən “Namer” piyada döyüş maşınında səkkiz əsgər olub.

Avtomobili idarə edərkən maşının yaxınlığında partlayış baş verib və nəticədə hərbçilər həlak olublar.

Partlayışın səbəbi məlum deyil.

... İslami Cihad daha əvvəl Qəzza səmasında İsrail ordusunun kvadrokopterini vurduğunu bildirmişdi.

Əli Babayev