ABŞ Ukraynaya əlavə yardım ayırdı

15 İyun 2024 17:17 (UTC+04:00)

“ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar əlavə vəsait ayırıb”. SİA xəbər verir ki, bunu İsveçrədə keçirilən Sülh Sammitində ABŞ-nin vitse-prezidenti Kamala Harris deyib.

Onun sözlərinə görə, sözügedən məbləğ həm də humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.