Cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb

15 İyun 2024 16:38 (UTC+04:00)

İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. SİA xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.