Narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

15 İyun 2024 16:00 (UTC+04:00)

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, onlardan psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.