Türkiyə parlamentinin sədri Azərbaycan xalqını təbrik edib

15 İyun 2024 14:08 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, Türkiyə parlamenti spikerinin bu gün sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub: “Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.

TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur.

Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.