Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO

15 İyun 2024 13:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər. SİA xəbər verir ki, ziyarət zamanı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.