14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat araşdırılır

15 İyun 2024 13:21 (UTC+04:00)

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.