Müdafiə Sənayesi Nazirliyində yeni təyinat

15 İyun 2024 12:50 (UTC+04:00)

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Təhlükəsizlik və mühafizə idarəsi" MMC-yə yeni direktor təyin edilib. SİA xəbər verir ki, bu, Firdovsi Cəfərovdur.

O, bu vəzifədə Yusif Ağarzayevi əvəz edib.

Xatırladaq ki, "Təhlükəsizlik və mühafizə idarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.