Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

15 İyun 2024 02:30 (UTC+04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

Məlumata görə, iyunun 17-də baş katib Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək. O, Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.