Türkiyənin XİN başçısı Ukrayna Sülh Sammitində iştirak edəcək

15 İyun 2024 05:47 (UTC+04:00)

Türkiyə İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitində təmsil olunacaq. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, XİN rəhbəri Hakan Fidan iyunun 15-16-da İsveçrənin ev sahibliyi ilə keçiriləcək Ukrayna Sülh Sammitində Türkiyə adından iştirak edəcək.