“Putin Ukraynaya şərtlər diktə etmək iqtidarında deyil...”

15 İyun 2024 00:45 (UTC+04:00)

...Pentaqon rəhbəri Lloyd Ostin Rusiya lideri Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün şərtlər adlandırdığı ultimatumda Ukrayna qoşunlarının Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri ərazisindən çıxarılmasını, habelə Kiyevin NATO-ya üzv olmaq niyyətini şərh edib.

...Bu gün Putin Ukraynaya sülhə nail olmaq üçün nə etməli olduğunu diktə etmək iqtidarında deyil. Bilirsiniz ki, bu, bizim görmək istəmədiyimiz davranışdır. Biz istəmirik ki, bir ölkənin lideri bir gün yuxudan oyanıb qonşusunun ərazisində sərhədləri silmək istədiyinə qərar versin. Bu, heç birimizin yaşamaq istədiyi dünya deyil. Ona görə də hesab edirəm ki, o, Ukraynaya sülhə nail olmaq üçün nə etməli olduğunu diktə etmək iqtidarında deyil.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ostin bunu iyunun 14-də Brüsseldə keçirdiyi brifinqdə bildirib.

...ABŞ müdafiə naziri xatırladıb ki, Putin bu gün Ukraynanın suveren ərazisini qanunsuz olaraq işğal edib və hazırda bu müharibəni bitirə biləcək şəxs də Putindir.

Ağasəf Babayev