Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Dortmund "Borussiya"sının baş məşqçisi təyin olunub.
SİA Qol.az-a istinadən xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb. Mütəxəssis istefaya göndərilən Edin Terziçi əvəzləyib.
Qeyd edək ki, N.Şahin bundan əvvəl Terziçin köməkçisi idi. 35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi "Antalyaspor"u çalışdırıb.
Xatırladaq ki, N.Şahin futbolçu karyerası ərzində Dortmund təmsilçisi ilə 274 oyuna çıxıb.