Avro-2024 Almaniyaya 1 milyard dollar qazandıra bilər

14 İyun 2024 19:05 (UTC+04:00)

2024-cü il futbol üzrə Avropa çempionatı Almaniya xəzinəsinə 1 milyard dollar gəlir gətirə bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, belə gəlir turist axını ilə bağlıdır.

Xatırladaq ki, turnirin açılış oyununda A qrupunun iştirakçıları - Almaniya və Şotlandiya yığmaları qarşılaşacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.