Moskvada MDB-nin İqtisadi Şurasının iclası keçiriləcək

14 İyun 2024 04:17 (UTC+04:00)

Moskvada Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının iclası keçiriləcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Şuranın 102-ci iclası iyunun 21-də keçiriləcək. Birlik ölkələrinin nümayəndə heyətlərinin başçıları iştirakçı dövlətlərin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.