Macarıstanın baş naziri Trampın oğlu ilə görüşdü

14 İyun 2024 03:45 (UTC+04:00)

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat yayıb.

Görüş zamanı Orban və kiçik Donald Tramp ABŞ və Macarıstan arasında münasibətlərin gələcəyini, Ukraynada sülhün bərqərar olunmasını və qeyri-qanuni miqrasiyanı müzakirə ediblər.