Moskvada MDB-nin İqtisadi Şurasının iclası keçiriləcək

14 İyun 2024 01:38 (UTC+04:00)

Moskvada Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının iclası keçiriləcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Şuranın 102-ci iclası iyunun 21-də keçiriləcək. Birlik ölkələrinin nümayəndə heyətlərinin başçıları iştirakçı dövlətlərin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.