Sergey Markov: Paşinyan ABŞ və Aİ-yə yarınmağa çalışır

14 İyun 2024 01:27 (UTC+04:00)

“Ermənistan lideri Nikol Paşinyan Belarusa və şəxsən Prezident Aleksandr Lukaşenkoya qarşı demarşı ilə sadəcə olaraq, ABŞ-a və Aİ-yə yarınmağa çalışır”.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov sosial şəbəkədəki hesabında yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 13-də bildirib ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə Ermənistan rəsmiləri Belarusa səfər etməyəcək. Siyasətçi bu qərarı Minskin 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağla bağlı tutduğu və A.Lukaşenkonun bu yaxınlarda Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bir daha təsdiqlədiyi mövqeyi ilə izah edib. Paşinyanın bu bəyanatından sonra Belarus və Ermənistan müvafiq olaraq İrəvan və Minskdəki səfirlərini geri çağırıblar.

“Bundan əvvəl Lukaşenko Belarusun Azərbaycana Qarabağı bərpa etməyə kömək edəcəyini bildirmişdi. Sakit bəyanatdır. Dünyanın bütün ölkələri Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edirlər. Paşinyan özü də bunu etiraf edir. Beləliklə, Lukaşenkoya münasibətdə Paşinyan sadəcə olaraq, ABŞ-a və Aİ-yə yarınmağa çalışır”, - deyə ekspert qeyd edib.