Sloveniya gizli şəkildə Ukraynaya silah göndərib...

14 İyun 2024 00:43 (UTC+04:00)

...ABŞ uzun müddət Ukrayna Silahlı Qüvvələrinə 60 milyard dollarlıq yardım haqqında qanun qəbul edə bilməyəndə Sloveniya gizli şəkildə Ukraynaya hərbi yardım göndərib.

Yenə də SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 24UR xəbər verir.

Deməli, materialda bildirilir ki, Sloveniya Ukrayna hərbçilərinin ehtiyacları üçün 26 BOV zirehli döyüş maşını, üç M80A və HMMWV piyada döyüş maşını, eləcə də bir partiya dron göndərib.

...Həmçinin Zastava M55 zenit silahları, tüfənglər, döyüş sursatları və dəbilqələr hədiyyə edilib.

Jurnalistlər onu da vurğulayırlar ki, Sloveniya Ukraynaya “böyük həcmdə” hərbi, humanitar və maliyyə yardımı göstərib və ölkə bu yaxınlarda Çexiyanın Ukrayna Silahlı Qüvvələri üçün sursat almaq təşəbbüsünə qoşulmaqla yanaşı, bunun üçün 1 milyon avro da ayırıb.

Əli Babayev