Almaniya artıq “Patriot” komplekslərini Ukraynaya verə bilməz..?

14 İyun 2024 00:35 (UTC+04:00)

...Almaniya artıq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verə bilməz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin müdafiə naziri Boris Pistorius deyib.

O xatırladıb ki, Berlin üç sistemi Kiyevə verib. Və bu, ölkənin malik olduğu şeyin dörddə birini təşkil edir.

Nazir hesab edir ki, indi bu, digər müttəfiqlərin üzərinə düşür. Belə ki, onlar da Ukraynaya silah verməlidirlər.

Qeyd edək ki, Almaniya rəsmisinin sözlərini TASS sitat gətirir.

Pistorius Ukraynanın Almaniyadan üçüncü “Patriot” sistemini yalnız müəyyən müddətdən, belə ki, Ukrayna əsgərləri müvafiq təlim keçdikdən sonra alacağına aydınlıq gətirib.

Yeri gəlmişkən, bundan əvvəl Berlin “Taurus” raketlərini tədarük etməkdən imtina edərək, onların istifadəsinin alman ordusunun köməyini tələb edəcəyini əsas gətirmişdi.

Ağasəf Babayev