Türkiyәnin milli müdafiə naziri Yaşar Gülər NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri toplantısında iştirak etmək üçün sәfәr etdiyi Brüsseldә görüşlәr keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, görüşlәr NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında baş tutub.
Yaşar Gülәrin NATO qәrargahında Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Zeki Levent Gümrükçü, Türkiyənin NATO-dakı Hərbi Nümayəndəliyinin (TMR) rəhbəri general-leytenant Göksel Kahya və digər rəsmi şəxslər tәrәfindәn qarşılandığı bildirilib.
Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Zeki Levent Gümrükçü vә Türkiyənin NATO-dakı Hərbi Nümayəndəliyinin (TMR) rəhbəri general-leytenant Göksel Kahya görülәn işlәr haqqında Yaşar Gülәri mәlumatlandırıb.
Yaşar Gülәr görüş çərçivəsində Litvanın Müdafiə naziri Laurnas Kaskiunas ilə də görüşüb.
Tәrәflәr müdafiə və təhlükəsizlik məsələləri әtrafında fikir mübadiləsi aparıblar.
Türkiyәnin milli müdafiә naziri NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri toplantısı çərçivəsində Ukrayna ilə bağlı xüsusi sessiyaya da qatılıb.
Sessiyadan əvvəl bir sıra həmkarı ilə görüşən Yaşar Gülər Ukrayna müdafiə naziri Rüstəm Umerovla da söhbət edib.
Qeyd edәk ki, Türkiyәnin milli müdafiə naziri Yaşar Gülər toplantı çərçivəsində sabah da Brüsseldə olacaq.