Qobustan rayonuna dolu düşüb – FAKTİKİ HAVA

13 İyun 2024 21:55 (UTC+04:00)

İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.

Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb.