Qusarda qəbir daşlarını dağıdan şəxs saxlanılıb

13 İyun 2024 21:08 (UTC+04:00)

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.