İspaniya prokurorları Ançelottiyə 5 il həbs cəzası istəyir

13 İyun 2024 20:24 (UTC+04:00)

Bundan əvvəl İspaniya prokurorluğunun imic hüquqlarından əldə edilən gəlir vergisindən yayındığı üçün "Real Madrid"in baş məşqçisi üçün 4 il 9 ay həbs istəyib. İttiham tərəfinə görə, Ançelotti 2014-2015-ci illər arasında 1 milyon avrodan çox vergi gizlədib.

Prokurorluq italiyalının cəzasının 5 ilə qədər artırılmasını istəyib. Ançelotti İspaniyada ilk dəfə olaraq vergidən yayınmaqda ittiham olunur.

Maliyy’ Nazirliyinin iddiasına görə, italyan məşqçi 2014-cü ildə 386 361,93 avro və 2015-ci ildə 675 718,76 avro vergi ödəməyib.
Müstəntiqlərin fikrincə, Ançelotti Britaniya Virciniya adalarında ofşor şirkətlər vasitəsilə imic hüquqlarından əldə edilən gəlirləri gizlədib.

Vapia Limited şirkəti vasitəsilə Karlo imic hüquqları üçün “Real Madrid”dən iki milyon avrodan çox pul alıb.

Bundan əlavə, eyni şirkət vasitəsilə ispan nəhənglərinin çalışdırıcısı ümumi dəyəri 2,5 milyon avro olan bir neçə müqavilə bağlayıb.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2021-ci ildən "Real Madrid"ə rəhbərlik edir. Ançelotti daha əvvəl 2013-2015-ci illərdə klubu idarə edib. İtaliyalı mütəxəssis "Los Blancos"a Çempionlar Liqasında üç qələbə, iki liqa və Kral Kubokunda rəhbərlik edib.

Əli Babayev