Bəhruz Əzimov: Bu günədək 36 min 411 tələbə təhsil krediti alıb

13 İyun 2024 20:03 (UTC+04:00)

Bu günə qədər 46 mindən çox tələbə kredit almaq üçün müraciət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Təhsil TV-də yayımlanan "Təhsil Masası"nda deyib. O bildirib ki, ümumilikdə 36 min 411 tələbə təhsil kreditindən yararlanıb. Bəhruz Əzimov təhsil krediti müraciətlərinin 80 faizinin rəsmiləşdirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi iyunun 21-dək uzadılıb.

Təhsil tələbə kreditlərindən yararlanmaq istəyənlər e-ttkf.edu.az portalına daxil olaraq öz müraciətlərini rəsmiləşdirə bilərlər.