SİF arıçılığın inkişafı üçün güzəştli kredit verib

13 İyun 2024 19:33 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) arıçılığın inkişafı üçün güzəştli kredit verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, fonddan bildirilib ki, sahibkar Aydın Novruzov arıçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 16 min manat güzəştli kredit əldə edib.

Layihənin maliyyələşdirilməsi “AccessBank” QSC vasitəsilə həyata keçirilib.