"Şimali Koreya bizim qonşumuzdur, bizim üçün dost ölkədir..."

13 İyun 2024 19:15 (UTC+04:00)

...Rusiya KXDR ilə münasibətləri inkişaf etdirməyə davam edəcək və bunu yüksələn xətlə edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla cümə axşamı, iyunun 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Kreml spikeri vurğulayıb ki, ikitərəfli münasibətləri inkişaf etdirmək hüququ heç kimi narahat etməməli və heç kim tərəfindən mübahisələndirilməməlidir.

...Şimali Koreya bizim qonşumuzdur, bizim üçün dost ölkədir. Moskva ilə Pxenyan arasında münasibətlərin inkişafı üçün potensial çox dərindir.

Qeyd edək ki, RİA Novosti bunu Peskova istinadən xəbər verir.

Bundan əvvəl diplomatik mənbə Rusiya lideri Vladimir Putinin növbəti həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcəyini bildirmişdi.

Onu da qeyd edək ki, Pxenyana gəlmək dəvətini ona KXDR lideri Kim Çen In çatdırıb.

Əli Babayev