Ukraynada artıq bomjlar da müharibəyə göndərilir..?

13 İyun 2024 18:45 (UTC+04:00)

...Litva Seymi cümə axşamı, iyunun 13-də gənclərin orta məktəbi bitirdikdən sonra 9 aylıq icbari hərbi xidmətə çağırılmasını təsdiqləyib.

Litvanın gənc vətəndaşları 17 yaşına çatdıqdan sonra hərbi qeydiyyatdan keçməli və tibbi müayinədən keçməlidirlər və 18 yaşına çatdıqda - ölkədə məktəbi bitirmək yaşı - hərbi xidmətə çağırılmalıdırlar.

...Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Simonyte vurğulayıb ki, “...bu qanun layihəsində hər kəsə şamil olunacaq bir prinsip var”.

SİA TASS-a istinadən xəbər verir ki, bununla belə, müdafiə naziri Laurinas Kaçiunasın əmin etdiyi kimi, bu, Litvanın universal hərbi xidmətə keçməsi demək deyil.

...Bu arada rus saytları Ukraynada zorakı səfərbərliyin gücləndiyini yazırlar.

Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl rus saytları Ukraynanın guya daimi yaşayış yeri olmayan vətəndaşları, yəni bomjları məcburi şəkildə səfərbər etməyə başladıqları barədə yazmışdılar.

Amma bu dəfə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva bildirib ki, ukraynalı qadınlar orduda xidmət etməli və kişilərlə bərabər döyüşə hazırlaşmalıdırlar.

Əli Babayev