Sumqayıtda yaşayış binasında yanğın olub

13 İyun 2024 17:13 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik açarı, 10 p.m. elektrik kabeli, 2 ədəd su sayğacı və 6 p.m. plasmas su borusu yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.