Təhsil tələbə kreditlərinə müraciət tarixi uzadılıb

13 İyun 2024 16:58 (UTC+04:00)

Təhsil tələbə kreditlərinə müraciət tarixi uzadılıb. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, 2023-2024-cü tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi iyunun 21-dək uzadılıb.

Təhsil tələbə kreditlərindən yararlanmaq istəyənlər e-ttkf.edu.az portalına daxil olaraq öz müraciətlərini rəsmiləşdirə bilərlər.