Çex Respublikasının Azərbaycandakı səfiri ilə fikir mübadiləsi aparılıb

13 İyun 2024 16:35 (UTC+04:00)

Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.