Aktrisa libasda hərəkət etməkdə çətinlik çəkdi - FOTOLAR

13 İyun 2024 15:56 (UTC+04:00)

37 yaşlı britaniyalı aktrisa Emiliya Klark Venesiyada tədbirdə iştirak edib. SİA “Hello”ya istinadən xəbər verir ki, sənətçi gecəyə qara eleqant libasda qatılıb.

O, çevrilmiş qönçəyə bənzəyən qeyri-adi libasda hərəkət etməkdə çətinlik çəkib. Qırmızı xalıda aktrisaya mühafizəçilər və köməkçilər kömək ediblər.

Qeyd edək ki, E. Klark tamaşaçılara “Taxt-tac oyunları” serialından tanışdır.