Gənc müğənni xərçəng xəstəliyinə görə əməliyyat olundu

13 İyun 2024 15:09 (UTC+04:00)

Müğənni Kevin Conas xərçəng xəstəliyinə görə üzündən əməliyyat olunduğunu etiraf edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı sənətçi bu barədə “İnstaqram”da paylaşım edib.

“Jonas Brothers” qrupunun üzvü ona bazal hüceyrəli karsinoma diaqnozu qoyulduğunu söyləyib. O, alnında böyüyən şişi göstərib.

“Bəli, bu böyüməyə başlayan əsl kiçik xərçəngdir. İndi əməliyyata ehtiyacım var”, - deyə o, müdaxilədən əvvəl lentə alınan videoda bildirib.