Azərbaycan Kolumbiya və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparıb

13 İyun 2024 15:07 (UTC+04:00)

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Kolumbiya və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə sinerji və davamlı inkişaf üçün COP29-a hazırlıq çərçivəsində məhsuldar müzakirələr aparılıb.