Yunanıstanda anomal istilər səbəbindən Akropol bağlanıb

13 İyun 2024 13:33 (UTC+04:00)

Yunanıstanda anomal istilər səbəbindən məktəblərdə məşğələlər dayandırılıb və Afina Akropolu bağlanıb. SİA xəbər verir ki, Yunanıstanın hakimiyyət orqanları müəssisələrə işçiləri məsafədən iş rejiminə keçirməyi tövsiyə edib. Həmçinin anomal istilər səbəbindən tibbi işçiləri səfərbər olunub.

Şimali Afrikadan gələn isti hava kütlələri və tozlu küləklər səbəbindən Yunanıstanın bəzi rayonlarında temperaturun 43 dərəcəyə çatacağı gözlənilir. Hazırkı dalğa bu il ölkə ərazisində qeydə alınan ilk anormal istilərdir. Əvvəllər bu cür istilər yayın ortalarında baş verirdi və iyunun 15-dən əvvəl heç vaxt müşahidə olunmurdu.