Hollandiya F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

13 İyun 2024 12:34 (UTC+04:00)

“Hollandiya bu yay F-16 qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır”. SİA xarici mətbuata istinadən xəbər verir ki, krallığın müdafiə naziri Kaysa Ollonqren belə deyib.

Onun sözlərinə görə, infrastruktur və texniki heyətin hazırlanması tərəflərin razılaşdırdığı plana uyğun olaraq aparılır. Eyni zamanda Ollonqren etiraf edib ki, F-16-lar münaqişənin gedişatını dəyişməyəcək.

“Müharibədə bir silah gedişatı dəyişə bilməz. Bu tədricən baş verəcək. Ukraynanın hava qüvvələri əhəmiyyətli dərəcədə güclənəcək, amma bu dərhal olmayacaq”, – deyə nazir vurğulayıb.