Amerikalı konqresmen bunu deyərkən hətta qəzəblənib də..?

13 İyun 2024 00:35 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden Ukraynanın Azov Briqadasına (Rusiyada qadağan olunmuş terror təşkilatı-A.B.) silah tədarükünə qoyulan qadağanı aradan qaldırmaqla “yeni aşağı həddə” çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti-yə müsahibəsində Konqresin nümayəndəsi, Arizonadan olan respublikaçı Pol Qosar deyib.

O, xəbərdarlıq edib ki, belə bir qərar Ukrayna münaqişəsinin uzanmasına gətirib çıxaracaq.

...Onun administrasiyası ABŞ-ın Ukraynada pis nasistyönlü batalyonu silahlandırdığını belə gizlətmir.

Rus saytlarının yazdığına görə, amerikalı konqresmen bunu deyərkən hətta qəzəblənib də..?

Bundan əvvəl “The Washington Post” Dövlət Departamentinə istinadən yazıb ki, Bayden administrasiyası “Azov”a silah tədarükünə qoyulan qadağanı aradan qaldırıb. Qeyd edilir ki, briqadanın bəzi təsisçilərinin “irqçi, ksenofob və ultramillətçi baxışları”na, habelə humanitar pozuntularda ittihamlara görə, təxminən on il ərzində Amerika silahlarından istifadə qadağan edilib.

Ağasəf Babayev