Vaşinqton Rusiya ilə qarşıdurmadan kifayət qədər qorxur...

13 İyun 2024 00:05 (UTC+04:00)

...Bu gün Amerika 30 il əvvəlki gücün kölgəsinə çevrilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün YouTube kanalında bildirib.

...O hesab edir ki, indi ABŞ Rusiya ilə birbaşa qarşıdurmadan qorxur və pərdə arxasında Fransa və Britaniyanı da ləngitməyə çalışır.

...Bununla belə, onlar öz axmaqlıqlarını və səhvlərini etiraf etməkdən çox qürur duyurlar.

...Hazırda Ukrayna ilə bağlı yaxşı xəbərimiz var. Mən “yaxşı xəbər” deyəndə, bu, çox güman ki, şişirdilmişdir. Amma düşünürəm ki, Vaşinqtonda insanlar Ukraynada ruslarla birbaşa qarşıdurmadan qaçmaq üçün kifayət qədər qorxurlar.

Makqreqora görə, bu gün ABŞ səlhiyyətliləri Makrona Ukraynaya qoşun-filan göndərməməsini təvəqqe edirlər.

Və bundan əvvəl belə bir çağırışla onlar ingilislərə də müraciət ediblər..?

...Deyirsiniz indi keçmişin iyrənc bəyanatlarından, axmaq siyasətindən heç kim geri çəkilmək istəmir..?

Makqreqora görə, bu elə də inandırıcı görünmür.

Əlbəttə 30 il əvvəl Bayden və onun dostlarının indi verdikləri açıqlamaları vermək mümkün idi.

Təbii ki, bu ehtiyatsızlıq olsa da, amma bunu etmək olardı. Amma indi unutmaq lazım deyil ki,qarşınızda real güc var...

Ağasəf Babayev