İsmayıllıda 3 uşaq atası özünü asıb

12 İyun 2024 22:06 (UTC+04:00)

İsmayıllıda intihar hadisəsi olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon sakini 56 yaşlı Nəsib Əhmədov yaşadığı evdə tək olarkən özünü asıb.

Məlumata əsasən, N. Əhmədov 3 uşaq atası olub.

Faktla bağlı araşdırma aparılır.