Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq, onlar general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komandanlıq strukturları tərəfindən əlaqələndiriləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
... ABŞ-ın Ukraynaya əlavə yardım barədə razılığa gəlmək üçün 6 ay vaxt sərf etdiyini gördük, həmçinin NATO ölkələrinin heç də hamısı silah vermədiyini görürük. Əgər biz bunu könüllü təchizatdan NATO qarşısında öhdəliklərə çevirsək, təbii ki, təchizat daha geniş vüsət alacaq və etibarlı olacaq. Fərq ondadır ki, biz bundan sonra NATO komandanlıq strukturundan və ümumi maliyyə vəsaitindən istifadə edəcəyik. Müharibə nə qədər çox davam edərsə, bizim üçün proqnozlaşdırıla bilənlik, hesabatlılıq və xərclərin ədalətli bölüşdürülməsi bir o qədər vacibdir.
Yens Stoltenberq deyib bunu.
Əli Babayev