Fransa prezidentinin tərəfdarlarının parlamentdəki koalisiya nümayəndələri Emmanuel Makronun “onları fəlakətə apara biləcəyindən” qorxurlar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.
E. Makronun tərəfdarları onun Avropa Parlamentindəki məğlubiyyətdən sonra növbədənkənar seçkilər keçirmək qərarını məhz bu cür qəbul ediblər.
E.Makronun tərəfdarlarından birinin dediyinə görə, “o danışdıqca, biz rəy sorğularındakı mövqeyimizi daha çox itiririk”.
Daha əvvəl media E.Makronun “Milli Assambleya”da erkən seçkilərlə bağlı avantürasının onun partiyası daxilində xaos və qəzəb yaratdığını yazmışdı. Onun tərəfdarları bu qərarı açıq şəkildə şübhə altına alırlar, dövlət qulluqçuları isə artıq ifrat sağçı hökumətin necə işləyəcəyini müzakirə edirlər.
E.Makron tərəfdarlarının Avropa Parlamentinə seçkilərdə məğlub olması ilə əlaqədar Milli Assambleyanı buraxıb. Medianın məlumatına görə, o, növbədənkənar parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə istefa verməyə hazırdır. Lakin E.Makron özü səsvermənin nəticəsindən asılı olmayaraq, vəzifədən getməyəcəyini bəyan edib.