AVRO-2024: VAR-la bağlı yeni qərarlar

12 İyun 2024 20:17 (UTC+04:00)

AVRO-2024-ün oyunları zamanı qəbul olunan hakim qərarlarının səbəbləri dərhal stadionda açıqlanacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, azarkeşlər stadionlarda yer alan böyük monitorlar vasitəsi ilə VAR qərarlarının səbəbini görə biləcəklər.

Bundan başqa, qarşılaşmaların baş hakimləri vacib epizodlarla bağlı yığmanın kapitanlarına açıqlama verəcəklər.