Çində helikopter qəzasında 3 nəfər itkin düşüb

12 İyun 2024 19:15 (UTC+04:00)

Çinin şərqindəki Ciansi əyalətində helikopter qəzası nəticəsində 3 nəfər itkin düşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə günortadan sonra Şanrao şəhərinin Huanqan qəsəbəsində qeydə alınıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə zamanı helikopterdə 3 nəfər olub. Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.